Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib.
“Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, - baş nazir qeyd edib.