"Azərbaycanın AŞPA ilə əməkdaşlığı dayandırması ən düzgün qərardır" - Aydın Quliyev

SİYASƏT
11:58 / 25.01.2024
482

"AŞPA Azərbaycanafob, islamafob platformaya çevrilib. Onlar, istənilən məsələnin müzakirəsini ən son anda Azərbaycana qarşı çevirirlər". 

Bunu politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında bildirib. O vurğulayıb ki, AŞPA fransız-alman qruplarının nəzarəti və idarəçiliyi altındadır:

342429

"AŞPA-nın ölkəmizə qarşı sonuncu münasibəti qərəzli və düşmən siyasətdir. Bunun kökündə Azərbaycanın müstəqil siyasətini həzm edə bilməmək kimi motiv dayanır. Bu gün Azərbaycan AŞPA-nın müəyyən qərəzli addımlarına çox açıq və sərt cavab vermək imkanına sahibdir. Ona görə də Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırma qərarının olduqca böyük əsası var. Düşünürəm ki, şəraitə uyğun ən düzgün qəbul olunmuş qərardır. 

Bu addımların davamının olub-olmayacağı AŞPA rəhbərliyinin yanlış qərarından nəticə çıxarıb-çıxarmayacağından asılı olacaq. Azərbaycanla münasibətlərin bundan sonra necə olacağı ilə bağlı bütün məsuliyyət AŞPA rəhbərliyinin üzərində qalacaq. Çünki onlar Avropanın onillərdir əlində rəhbər tutduğu dəyərlərə yox, müəyyən geosiyasi və korrupsioner maraqların təsiri altında olduqlarını bir daha sübut etdilər".

Həmsöhbətimizin sözlərinə görə, bütün bunlar qarşısında Azərbaycanın müəyyən Avropa strukturlarını tərk etməsi üçün əsaslar var:

"Hesab edirəm ki, Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdıqdan sonra "Şərq Tərəfdaşlığı" Proqramından da çıxa bilər. Hətta ölkəmiz Avropa məhkəməsinin yurisdiksiyasına da yenidən baxa bilər. Əgər bütün Avropa strukturları Azərbaycana qarşı qərəzli siyasət aparır və ölkəmizin suverenliyini bərpasından məmnun qalmırlarsa, onda belə təşkilatlarla əməkdaşlığı davam etdirməyə də lüzum yoxdur".

Pərviz

0