Ermənistan Konstitusiyası dəyişilməlidir: \"Əks təqdirdə...\"

13:47 / 25.01.2024
613

"Paşinyan hakimiyyəti anlayır ki, sülh danışıqlarının dalana dirənməsi birbaşa Ermənistan dövləti və xalqı üçün təhdiddir".

Bu sözləri politoloq Rizvan Hüseynov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi İrəvan reallıqları anlamağa başlayır:

"3 ildir sülh danışıqlarını uzadan rəsmi İrəvan regionda və ətraf bölgələrdə elə ciddi siyasi və hərbi reallıq yarandığını indi anlayır. Ona görə də Ermənistan mümkün qədər tez bir zamanda Azərbaycan arasında sülh müqaviləsini imzalamalı və Bakının haqlı tələblərini yerinə yetirməlidir". 

342436

Ekspert diqqətə çatdırıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var:

"Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Daha dəqiq desək, Ermənistanın Konstitusiyasının tərkib hissəsi olan müstəqillik bəyannaməsinin preambulasında Qarabağ "Ermənistanın ayrılmaz ərazisi" kimi göstərilib. Təbii ki, Azərbaycanın da əsas tələblərindən biri bununla bağlıdır".

Rizvan Hüseynov qeyd edib ki, tərəflər arasında sülh müqaviləsinin imzalanması üçün sözügedən iddialar Ermənistan Konstitusiyasından çıxarılmalıdır:

"Nəzərə almaq lazımdır ki, Müstəqillik bəyannaməsi Konstitusiyasının təməl prinsipi olan sənəddir. Orada isə dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları təsdiq olunursa, bu vəziyyətdə hansı sülh müqaviləsindən danışmaq olar? Ona görə də bu məsələ mütləq şəkildə həll olunmalıdır. 

İstər xalq referendumu nəticəsində, istərsə də Ermənistan Parlamenti səviyyəsində Konstitusiyaya dəyişikliyi baş tutmalıdır. Yəni Konstitusiyadakı Azərbaycan ərazilərinə iddia aradan götürülməlidir". 

Pərviz

0