Nazir: "Mina xəritələri çox həssas məqamdır"

SİYASƏT
11:45 / 27.01.2024
531

Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi:

"Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilməməsini deməyi absurddur. 480 km uzunluqda, 2 km dərinlikdə 960 kv.km ərazi son 3 il ərzində tamamilə minalanıb".//report.az

0