MDB PA missiyası Azərbaycanda prezident seçkilərinin monitorinqinə başlayıb

SİYASƏT
09:10 / 07.02.2024
351

MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləməyə başlayıb.

"Report” xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputat və senatorların daxil olduğu müşahidə missiyasına Qazaxıstan parlamenti Senatının sədr müavini Jakip Asanov başçılıq edir.

J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub.

Saat 08:00-da səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyasının rəhbəri buradakı şəraitlə tanış olub və seçki məntəqəsinin rəhbərinə bir sıra suallar verib.
Məntəqə sədri Süleyman Əliyev burada seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək bir neçə gündür həm yerli, həm də xarici müşahidəçilərin bu məntəqəni ziyarət etdiyini vurğulayıb.

0