Ukraynadakı həmvətənlərimiz səsverməyə qoşuldu - VİDEO

SİYASƏT
11:48 / 07.02.2024
383

Bu gün səhər saat 8-də Azərbaycanın Ukraynadakı səfirliyində səsvermə başlayıb.

Bu məntəqə Mərkəzi Seçki Kommisiyasının 17 saylı 3-cü Yasamal seçki dairəsinin 49 nömrəli məntəqəsidir.

Ukraynada 600 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.

Seçicilər Xarkov, Odessa, Lvov, Sumı, Poltava və digər vilayətlərdən səs verəcəklər.

Səsəvermə başladığı ərəfədə Ukraynada hava həyəcan siqnalları eşidilib.
Paytaxt Kiyevə də zərbələr endirilib. Buna baxmayaraq səfirlikdə səsvermə təhlükəsiz şəraitdə davam edir.

Daha ətraflı Baku TV-nin süjetində:

0