Mixail Qusman: “Azərbaycanda keçirilən prezident seçkisində fəallıq artıb”

SİYASƏT
15:11 / 07.02.2024
258

“2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi əvvəlkilərdən yüksək fəallığı ilə seçilir”.

Bunu News.ru-ya açıqlamasında TASS-ın baş direktorunun birinci müavini, MDB-dən olan müşahidəçi Mixail Qusman deyib.

O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır və nümunəvidir:

“Bu seçkidə əvvəlkilərdən daha çox fəallıq var. Bu, doğrudur. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər”, - o vurğulayıb.
M.Qusman əlavə edib ki, bu məsələdə Azərbaycanın müharibə nəticəsində işğal olunmuş ərazilərini azad etməsi mühüm əhəmiyyət kəsb edir:

“Bu, insanların seçkiyə olan marağına çox təsir göstərib”.

0