Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.
HİT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Mixail Qaluzin bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır:
"Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.