Sabah seçkilərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək

SİYASƏT
11:13 / 12.02.2024
310

Sabah - fevarlın 13-də 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Bu barədə HİT.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, iclas saat 11:00-a təyin edilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov fevralın 11-də seçkilərin yekunları ilə bağlı keçirilən iclasda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini toplayaraq qələbə qazanıb.

0