"Ermənistan təxribata davam etsə, bu onun üçün faciə ilə nəticələnəcək"

SİYASƏT
11:52 / 13.02.2024
391

"Sərhəddə baş verən təxribat gözlənilən idi. Hazırda baş verənlər Ermənistan hökumətinin marağında deyil. Məncə burda aranın qarışmasında maraqlı olan qərbin barmağı var".

Bu fikirləri Hit.az-a siyasi şərhçi, ehtiyatda olan zabit Tərlan Eyvazov söyləyib.

“Mən əməliyyatın geniş xarakter alacağına inanmıram. Azərbaycan və Ermənistan orduları dislokasoya yerndə qalmaqdadır. Ancaq siyasi meydanda baş verənlər gərginlik olacağından xəbər verirdi. Ermənistandakı ABŞ və Rusiya səfirliyi əməkdaşlarına xəbərdarlıq edilmişdi.  Hadisə Avropa İttifaqının mülki missiyasının nəzarət etdiyi istiqamətdən uzaqda baş verib. Hesab edirəm ki, tərəfləri zorla münaqişəyə cəlb etmək, alovlandırmaq cəhdləri olacaq. Amma Azərbaycan tərəfinin çox düzgün qərar verəcəyinə də əminəm”,- deyə Tərlan Eyvazov bildirib.

Politoloq Məhəmmməd Əsədullazadə isə bildirib ki, tərəflər arasında sülh müqaviləsinin bağlanmamasında maraqlı qüvvələr Ermənistanı silahlandırmaqda davam edir: 

“Bura Fransa, İran, hətta Rusiyanı da aid edə bilərəm. Ermənistan bu dəstəkdən cəsarətlənib sülh müqaviləsini öz şərtləri ilə bağlamaq arzusuna düşür. Hesab edirəm ki, Ermənistan tərəfi təxribatları davam etdirsə, bu genişmiqyaslı əməliyyatlara çevrilə və Ermənistan üçün faciə ilə nəticələnə bilər. Buna görə məncə Ermənistan öz milli maraqlarını üstün tutub təxribatlara getməkdən yayınacaq".

Murad

0