"Aİ-nin monitorinq qrupu pozuculuq edə bilər" - Siyasi şərhçi

SİYASƏT
15:20 / 13.02.2024
409

13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq, “qisas əməliyyatı” keçirilib. 

Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. 

Bu hadisə cəmiyyət arasında bir sual yaradıb. Əməliyyatlar geniş xarakter ala bilərmi?

İkinci bir sual  isə bu təxribatı Ermənistan, yoxsa onu dəstəkləyən qüvvələr törədib?

Hit.az bu sualla siyasi şərhçi Mübariz Göyüşlü müraciət edib.

Mübariz Göyüşlü bildirib ki, hazırda bölgədə gərginliyin artmasında maraqlı olan qüvvələr var.

"Rus sülhməramlıların bu təxribatı törətməsi istisnadır. Düşünmürəm ki, onlar belə addım atsın. Rusiyann yenidən bu münaqişənin alovlanmasında maraqlı olmasını  hələlik ağlabatan variant deyil. İstəməzdim Rusiya belə bir qənaətə, düşüncəyə gəlsin. Təbii ki, azərbaycanlılar ondan bu şəkildə addımların dəfələrlə şahidi olublar deyə, hər zaman səksəkədədirlər. Burada Fransanın Avropa İttifaqının (Aİ) monitorinq qrupunun bu məsələdə iştirakçı ola biləcəyindən ehtiyatlanıram. Onlar pozuculuq fəaliyyəti həyata keçir bilər. Son zamanlar biz kəşfiyyat pozuculuq fəaliyyətində fransalı və  çexiyalı vətəndaşların adlarını eşitdik. Ona görə hesab edirəm ki, Fransa- Almaniya mərkəzli hansısa gizli oyunlar gedə bilər. Bu dövlətlərin tapşırığını yerinə yetirən təşkilatlar pozuculuq fəaliyyətində, sabitliyin pozulmasında maraqlıdır. Çünki Azərbaycanla Ermənistan birbaşa təmasa keçərsə, onların bölgədə iştirakına ehtiyac qalmayacaq. Bu mənada sabitlik onlara sərf eləmir. 

Lakin məncə bu boş cəhdlərdir, çünki Azərbaycan böyük qələbəni əldə edib, ərazi bütövlüyümüzün bərpasına tam olaraq nail olmuşuq. Artıq hər xırda təxribatı yerində dəf edəcək böyük gücə sahibik. Bizimlə hesablaşmaq məcburiyyətindədirlər”,- deyə o bildirib.

Murad

0