Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.
HİT.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək kabinet üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.