ABŞ prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.
HİT.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində paylaşım edilib.
Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.
O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.