Azərbaycanın türk dövlətləri ilə münasibətləri inkişaf edir

SİYASƏT
11:34 / 13.03.2024
445

"Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər artan xətt üzrə inkişaf edir".

Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib. 

O, gözləntinin də məhz bu olduğunu vurğulayıb:

"Əslində Qazaxıstanla Özbəkistan kimi Qırğızıstan və Türkmənistanın da proseslərdə aktiv iştirakında maraqlıyıq. Nəticə etibarilə, bu ölkələrlə qarşılıqlı hərbi və iqtisadi əməkdaşlıq Türk Dövlətləri Təşkilatının (TDT) da gələcək perspektivi üçün müsbət siqnallar verir".

Ekspert xatırladıb ki, İlham Əliyev də yenidən prezident seçildikdən sonra andiçmə mərasimində bu məsələni xüsusi vurğuladı:

"Cənab Prezident İlham Əliyev andiçmə mərasimi zamanı da açıq şəkildə bildirdi ki, istiqamətimiz Türk Dövlətləri Təşkilatıdır. Düşünürəm ki, bu, çox vacib açıqlama olmaqla yanaşı, həm də gələcək üçün bir yol xəritəsi idi".

345704

Politoloq diqqətə çatdırıb ki, son zamanlarda Qazaxıstan və Özbəkistan prezidentləri tez-tez ölkəmizə səfər edir:

"Son zamanlar Qazaxıstan və Özbəkistan liderlərinin Azərbaycana səfəri zamanı həm də Qarabağa səfər etmələri, habelə yenidənqurma işlərinə öz töhfələrini vermələri çox müsbət addımdır. Çünki bu, sadəcə iki ölkə arasındakı münasibətlərin təzahürü deyil, həm də hər istiqamətdə Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadəsidir".

Rusif Məmmədsoyun sözlərinə görə, Türküstan coğrafiyasının özünün də ciddi problemləri var:

"Çünki hələ də SSRİ-dən "miras" qalmış partlamağa hazır olan "mina"lar mövcuddur. Bu problemləri də birlikdə həll etmək lazımdır. Eyni zamanda, bölgənin gələcəyi ilə bağlı iqtisadi, xüsusilə də hərbi müstəvidə də əməkdaşlıq etmək şərtdir".

Pərviz

0