Sülh müqaviləsi Almaniyada imzalana bilər?

SİYASƏT
16:38 / 14.03.2024
438

"Hazırda Cənubi Qafqazda möhkəmləmək istəyən Avropa dövlətləri ilə Rusiya arasında güclü rəqabət var".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Rüstəm Tağızadə bildirib. 

Onun sözlərinə görə, bu rəqabətdən istifadə etmək istəyən dövlətlərdən biri də Almaniyadır:

"Fevral ayının sonlarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyada görüşü də buna sübutdur. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin artan nüfuzu və Avropa miqyasında enerji təhlükəsizliyi baxımından yüksək rol oynaması səbəbi ilə Almaniyanın Azərbaycana olan marağı artıb".

345868

Ekspert Almaniyanın regiona marağının artdığını da söyləyib:

"Almaniya bu səbəbdən Cənubi Qafqaz regionunda olan layihələrdə iştirak etmək və bu prosesdə Azərbaycanla Ermənistan arasında moderator rolunu öz öhdəsinə götürmək istəyir".

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Almaniyada imzalana bilər:

"Hər iki dövlət ortaq bir nöqtə tapsa, sülh müqaviləsi Almaniyada da imzalana bilər. Əsas odur ki, Ermənistan tərəfi kağız üzərində deyil, əməldə sülh prosesinin müddəalarına əməl etsin. O zaman sülh müqaviləsinin harada imzalanmasının əhəmiyyəti də qalmayacaq". 

Pərviz

0