"Bu kəndlərdən sonra Zəngəzur təhvil veriləcək" - Erməni polkovnik

SİYASƏT
18:57 / 22.03.2024
457

“Hazırda Tavuşda baş verənləri Zəngəzur dəhlizinin açılışı üçün müqədddimə adlandırmaq olar”.

Publika.az xəbər verir ki, bu barədə erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Hayk Nahapetyan deyib.

Onun sözlərinə görə, kəndlərin təhvil verilməsindən sonra Azərbaycan Zəngəzur dəhlizinin açılışı istiqamətində hərəkətə keçəcək.

“Paşinyan da bildirəcək ki, dəhlizi verməsək, müharibə olacaq. Beləliklə, Sünik (Zəngəzur) də Azərbaycanın nəzarətinə keçəcək”, - o bildirib.

Erməni polkovnik qeyd edib ki, 4 kəndin qaytarılması ilə Ermənistanın şimal bölgəsindəki əsas infastruktur və yollar da Azərbaycanın nəzarətinə keçəcək.

0