Hazırda Xocalı sakinlərinin doğma yurdlarına qayıtması istiqamətində mühüm addımlar atılır.
“Report”un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Onun sözlərinə görə, Xocalı sakinlərinin doğma yurdlarına qayıtması və bu torpalarda həyatın yenidən canlanması istiqamətində mühüm addımlar atılmaqdadır: “Xocalı sakinlərinin ən qısa müddətdə doğma yurdlarına köçürülməsi istiqamətində dövlətimiz tərəfindən lazımi işlər həyata keçirilir”.