Ermənistan şərti sərhədə ordu yığır: Paşinyan nə etməyə çalışır?

SİYASƏT
10:30 / 01.04.2024
590

"Son günlər ərzində Ermənistanın Azərbaycanla şərti sərhədə zirehli texnika yığması təbii ki, regionda müxtəlif böyük maraqların toqquşmasının təzahürüdür". 

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O hesab edir ki, yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında toqquşma olmayacaq:

"Düşünürəm ki, Azərbaycan hal-hazırda hər hansı bir silahlı toqquşmaya getməyəcək. Üstəlik, Ermənistan hökuməti hazırda Azərbaycan Ordusu ilə döyüşmək döyüşmək gücündə olmadığını bilir. İndiki prosesdə gərginlik hal-hazırda Ermənistan Respublikasının daxilindədir. Bu baxımdan, panika yönümlü informasiyalar yaymaq olmaz".

346935

Ekspert bildirib ki, Qərb və Rusiyanın Ermənistanda olan maraqları son zamanlar daha da çox kəskinləşib:

"İnformasiya müharibəsi siyasət üçün böyük məna daşıyır. Bu baxımdan, təxribat yönümlü açıqlama vermək özü dövlətin maraqlarına ziddir. Ermənistanın daxilində baş verən proseslər Ermənistanın problemidir. 

Hal-hazırda Ermənistanda kilid nöqtə Baş nazir Nikol Paşinyandır. Rusiyanın maraqlarına zidd hərəkət edən Paşinyan riskli oyun oynayır. Ancaq digər tərəfdən daxilində olan hərbi bazanın çıxarılması üçün əlindən gələni edir".

Rüstəm Tağızadə qeyd edib ki, Avropa İttifaqı və Rusiyanın maraqlarının toqquşması Ermənistan üçün ağır sınaq olacaq:

"Ermənistan və Azərbaycan arasında yeni toqquşma istəyən dövlətlər isə sadəcə informasiya müharibəsində qalib gəlmək üçün provakasiya xarakterli məlumatlar yayacaq". 

Pərviz

0