Bu gün sosial şəbəkələrdə rus sülhməramlı qüvvələrinin Qarabaaı tərk etməsi barədə görüntülər yayılıb.
Bu hadisə ani və gözlənilməz olmadımı? Nə üçün birdən-birə belə qərar alındı?
Hit.az-ın sualını politoloq Rusif Məmmədsoy cavablandırıb:
"Qüvvələr 2025-ci ildə ölkədən çıxmalıydı, onların bir il öncə qan-qadsız, sakit şəkildə çıxması cəmiyyətdə təəccüb doğurub. Bu gün Dmitri Peskov məsələni təsdiqləyib və bildirib ki, sülhməramlıların Qarabağdan çıxarılması prosesinə başlanılıb. Bu o deməkdir ki, Türkiyə Azərbaycan tandemi bütün dünyanı fakt qarşısında qoydu. Xankəndi əməliyyatından sonra sülhməramlıların bölgədə qalmasına ehtiyac qalmadı. Bu gün rusların bölgəni vaxtından qabaq tərk etməsi gözlənilməz olsa da, böyük uğurdur. Bu Azərbaycan siyasi hakimiyyətinin diplomatik qələbəsidir. Bu hadisə keçmiş pos-sovet məkanı ölkələrinin lideləri üçün nümunədir. Rusiya heç vaxt girdiyi ərazilərdən qansız çıxmayıb. Bu gün demək olar ki, keçmiş Sovet respublikasının hər birində rus separatçılarının yaratdığı qanlı ocaqlar var. Keçmiş sovet ölkələrində separatçılıq yuvaları yaradan bu rejimin ölkəmizdən bu şəkildə çıxışını mən Qarabağ zəfəri qədər uğurlu addım hesab edirəm. Düşünürəm ki, buna layiqli hüquqi qiymət verilməlidir.İndi proseslərin içindəyik, zaman gələcək, tarixə bir qədər uzaqdan baxıldığında Azərbaycan dövlətinin hansı maneələri aşaraq, nə dərəcədə qüdrətli bir zəfər qazanması aydın görünəcək".
Murad