Məlum olduğu kimi, Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər.
Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.
Gənclər Mərkəzi ictimai birliyinin sədri Kənan Qubadzadə Hit.az-a deyib ki, türk dövlətləri ilə münasibətlər dərindir və və durmadan inkişaf edir:
“Türk parlament təmsilçilərinin Xankəndindı olması əhəmiyyəylidir. Bu qədim şəhərimiz uzun illər idi ki, erməni separatizminin yuvasına çevrilmişdi. Hələ münaqişədən əvvəl də - sovetlər hakimiyyəti dönəmində ermənilər bu şəhərdə üstünlüyü ələ almışdılar, azərbaycanlıları həmişə sıxışdırırdılar. Hansı ki, Xankəndi qədim Azərbaycan torpağıdır. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı bu torpaqların sahibi olaraq azad və firəvan yaşayacaq”
Sevinc