ABŞ siyasətində Azərbaycana qarşı isti küləklər

SİYASƏT
13:20 / 29.04.2024
426

Bir neçə gün öncə ABŞ Konqresinə 40 azərbaycanlı rəsmi şəxsə qarşı sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi barədə məlumat vermişdik. 

Hadisələrin üstündən çox keçmədən rəsmi Vaşinqton öz mövqeyini yumşaldaraq, fərqli fikirlər səsləndirib.

Hit.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirib.

“Blinken Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

Maraqlı məqam budur ki, o ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edib. Dünənə qədər fərqli fikir səsləndirən dövlət katibi Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatları müsbət qiymətləndirib. Mən onun bu fikirləri boşa demədiyini düşünürəm. Hesab edirəm ki, ABŞ dövlət katibinin belə  müsbət fikirlər səsləndirməsi Azərbaycan diplomatiyasının uğurlu addımlarının nəticəsidir. Çünki Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanla əməkdaşlıq ABŞ-a lazımdır və bu tərəfdaşlıq münasibətlərini erməni lobbisinin maliyyə çətiri altına qısılmış bir qrup qərəzli konqresmenə quran eləmək istəməz”, deyə o bildirib.

Murad

0