"Sentyabr ayında parlament seçkilərinin keçirilməsi gözlənilir. Seçkilərdə iştirak etmək fikrim var”.
Bu fikirləri Hit.az-a sabiq deputat, Ümid partiyasının sədri İqbal Ağazadə səsləndirib.
O qeyd edib ki, partiya onun namizədliyini irəli sürsə, parlament seçkilərində iştirak edəcək:
"Ümid partiyası hər zaman xalqın yanında olub, yenə olacaq. Mən deputat olduğum müddətdə də xalqın fikirlərini dilə gətirmişəm, olmadığım müddətdə də. Bundan sonra da belə olacaq".
Murad