Şuşa 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub.
Bu qərar İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə verilib.
Bəs bu addım Şuşaya və İslam aləminə nə vəd edir?
Hit.az-ın sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi həm Şuşa şəhərinin, həm Qarabağın tarixi üçün çox önəmli hadisədir:
“Şuşa İslam irsinin, İslam mədəniyyətinin, tarixinin rəmzinə çevriləcək. Bu hadisə Azərbaycanın islam dünyasındakı mövqeyini daha da möhkəmləndirəcək. Bundan əlavə Azərbaycan üçün müqəddəs sayılan Şuşa İslam aləmini birləşdirərək, müqəddəs bir missiyanı yerinə yetirəcək.Bu günə qədər öz aralarında kağız üzərində birlik nümayiş etdirsələr də, islam aləmi bu birliyi əsl qardaşlıq formatına keçirə bilməyib. Şuşa islam dünyasına bir fərqli istilik, dostluq, qardaşlıq gətirəcək. Əminəm ki, Azərbaycanın təqdim edəcəyi bu yeni format sonrakı illərdə də dünyada ənənəvi xarakter alacaq”,- deyə o vurğulayıb.
Murad