"1992-ci ildə Şuşanın işğal olunmasına səbəb o zaman hakimiyyətdə olanlar idi".
Bu sözləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, bacarıqsız, xəyanətkar, hakimiyyət davası ucbatından Şuşa o zaman yiyəsiz qalmışdı:
"Şuşanın, Qarabağın işğal olunmasına səbəb xəyanatkarların hakimiyyətdə olması idi. 1993-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi addım-addım dövlətçiliyimiz möhkəmləndi. Azərbaycan ordusu qüdrətləndi, Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. 44 günlük Vətən müharibəsindən sonra işğal altında torpaqlarımız işğaldan azad edildi. Bu gün Şuşa, Qarabağ öz yiyəsinə, sahibinə qovuşub"
Sevinc