Lukeşenkonun Azərbaycan səfəri iki ölkənin iqtisadiyyatına nə verəcək? - ŞƏRH

SİYASƏT
19:00 / 20.05.2024
377

"Belarus prezidentinin Azərbaycana səfəri geniş iqtisadi əməkdaşlıq potensialından xəbər verir. Hər iki ölkə başçısının bildirdiyi kimi onlar arasında dostluq qardaşlıq münasibətləri ən yüksək səviyyədədir və bu münasibətlər ölkələrimizn münasibətlərinə də sirayət edəcək".

Bu fikirləri Hit.az saytına siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

350769

"Tərəflər arasında ticarət həcminin mövcud 400 milyon dollardan 1 milyard dollara qaldırılması gözlənilir. Bəzi şəhərlərimiz arasında qardaşlaşma aktları həyata keçiriləcək, birgə istehsal sahələri yardılacaq, turizm sahəsində əməkdaşlıq aparılacaq. Bu ilk növbədə maşınqayırma, hərbi sənaye ,nəqliyyat və kənd təsərrüfatı sahələrinə aid olacaq. Bu hər iki ölkənin iqtisadiyyatına töhfə verəcək, azad sahibkarlığın inkişafına dəstək verəcək. Lift, gübrə, dəmir yolu hərəkət texnikalnın istehsalı kimi sahələr üçün sahibkarların cəlbi önəmlidir. Azərbaycan Belarusdan cins mal-qara alacaq. Belarus aqro şəhərciklərin tikintisində və Zəngəzurun bərpası prosesində iştirak edəcək. Bu o deməkdir ki, qardaş ölkə işğaldan sonrakı abadlıq, yüksəliş prosesinə qoşulur", deyə şiyasi şərhçi bildirib. 

Murad

0