Siyasi oyunda keşiş gedişi

SİYASƏT
16:54 / 27.05.2024
430

"Ermənistanda etirazçı dəstələrə rəhbərlik edən keşiş Baqrat Paşinyanla görüş tələb edib. Böyük ehtimalla o bu görüş baş tutarsa, Paşinyandan istefa tələb edəcək. Necə ki, illər öncə Paşinyan Sərkisyanla görüşərək, onun istefasını tələb eləmişdi".

Bu fukirləri Hit.az-a siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

O  bildirib ki, keşişi qərb qüvvələri dəstəkləməsə də, revanşist qüvvələri dəstəkləyir:

"Paşinyan Baqratı qəbul etməklə onu bir siyasi rəqib kimi qəbul etdiyini göstərəcək və bu Baqratı gücləndirə bilər. Ona görə böyük ehtimalla bu görüş baş tutmayacaq. Paşinyan yaxşı bilir ki, keşiş və onin tərəfdarlrının etirazları regiondakı xəfif sülhə təhlükə yarardır və Ermənistanın gələcəyi üçün heç də məqsədyönlü deyil".

Murad

0