Ölkə başçısı İlham Əliyev Müstəqillik Gününü bu dəfə Xocalıda keçirdi.
Bəs görəsən cənab Prezidentin Xocalıya bu səfəri dünyaya və ölkə vətəndaşlarına hansı mesajı verdi?
Hit.az-a açıqlama verən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bu əslində Xocalıya qayıdan insanlara böyük mənəvi dəstək idi:
"Çünki bu günə qədər Xocalı sakinləri geriyə qayıdış sözünü eşidəndə həm sevinir, həm də kədərlənirdilər. Çünki onlar qətliamın canlı şahidləridirlır və hər qarışı milli faciəni xatlrladan o müqəddəs torpağa qədəm basmaq o qədər asan deyildi. Dövlət başçısı ailəsi ilə birlikdə geri qayıdan köçlə birlikdə Xocalıya getməklə , onlara dəstək verdi və dünyaya da mesaj göndərmiş oldu Bu qüdrətli dövlətin revanşist duyğularl deyil, qurub-yaratmaqla insanlıq əleyhinə cinayətə, müharibəyə, işğala,terrora cavabı oldu. Biz döyüşlə torpaqlarımızı azad etdik və böyük sürətlə quruculuğa başladıq.
Prezident dəfələrlə ö çıxışlarında bildirirdi ki, Azərbaycanı öz məqsədindən geri döndürmək mümkün deyil və bu torpaqların əsl sahibləri bizik. Bu gün Qarabağa qayıdan hər köç, tikilən hər oba, atılan hər addım həm bu günə, həm gələcəyə hesablanıb. İndi qalır, Ermənistanın Xocalı cinayətini etiraf edib, üzr istəməlidir. Prezidentin bir mesajı da məhz bu oldu. Belə təcrübə dünya siyasətində var. Xocalı şəhidlərinin ruhu da bunu gözləyir".
Murad