"Din pərdəsi altında gizlənib təxribat törədənlər məqsədlərinə çatmayacaqlar"

SİYASƏT
19:26 / 07.06.2024
512

İranda fəaliyyət göstərən “Hüseyniyyun” adlı radikal-ekstremist qruplaşma yenidən Azərbaycana qarşı xoşagəlməz çağırışlar edib.

İran-Azərbaycan münasibətlərinin qaydaya salınmasına siyasi səviyyədə cəhdlər edilir. 

İranın vertolyot qəzasında həlak olmuş mərhum lideri ilə Azərbaycan Prezidenti arasında müəyyən razılaşmalar əldə edilmişdi və yeni rəhbərlik də bu razılaşmalara əməl edəcəyini bəyan edib.

Bəs o zaman “Hüseyniyyun”u kim ortalığa salıb?

Hit.az-ın bu sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu təşkilat din pərdəsi altında gizlənmiş radikal qruplaşmadır:

"İranda siyasi rejimə diktə etməyə çalışan belə bir qruplaşma zaman-zaman özünü göstərib, təxribatçı açıqlamalar verir. İndiki zamanda Azərbaycana qarşı bu şəkildə açıqlamalar hər iki dövlətin qonşuluq siyasətinə zərə vurmaq məqsədi daşıyır. Hesab edirəm ki, siyasi dairələr bunda maraqlı deyillər. Daim özünü terrorla nümayiş etdirmiş bir qrupun dövlətlərarası münasibətləri tənzimləmək cəhdi yolverilməzdir və bu baş verməyəcək. Din pərdəsi altında gizlənib, təxribat törədənlər məqsədlərinə çatmayacaqlar"- deyə ekspert vurğulayıb.

Murad

0