"Regionda sabitliyin pozulmasında maraqlı qüvvələr fürsət axtarırılar"

SİYASƏT
17:42 / 13.06.2024
630

İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi atəşə tutublar. 

Maraqlıdır ki, bu hadisə,  Baş nazir Nikol Paşinyan “Qarabağ klanı”nın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini deməsi və ölkəsinin KTMT- dən çıxacağını bəyan etməsi fonunda baş verib.

Hadisələrin bu cür gedişatı nədən xəbər verir?

Hit.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Naxçıvanın atəşə tutulması, xüsusən bunun Qarabağ klanına və Rusiyaya verdiyi mesajlardan sonra baş tutması ortada sabitliyin pozulmasında maraqlı olan qüvvələrin ara qarışdırmaq istəyi kimi görünə bilər:

"Belə olan halda sabitliyin pozulması bir neçə tərəfə maraqlıdır. Rusiya Ermənistana hələ lazım olduğunu göstərə bilər. Ermənistandakı bəzi güclər Rusiyanın başı qarışmışkən daha bir fors major təşkil etməklə gizli planlarına təkan verə bilər, revanşistlər  düşünülməz addımlar həyata keçirə bilərlər. Düşünülməz deyirəm. Çünki onlar çox zaman belə addımlar atıb, dövlətlər arasında əldə edilmiş razılaşmaları təhlükə altında qoyurlar. Amma görünür Paşinyan bu dəfə çox qəti və sərt mövqe ortaya qoyub. Bir neçə gün öncə onun “Azərbaycanla sülh bağlaya bilərik” deməsi də regionda qarışıqlıq olmasını istəyən bir çox qüvvələrə xoş getməyə bilərdi. Regionda sabitliyin pozulmasında maraqlı qüvvələr fürsət axtarırılar",  deyə ekspert bildirib.

Murad

0