İlham Əliyev Fikrət Əzizovu təltif etdi

15:36 / 08.07.2024
260

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fikrət Nəhməd oğlu Əzizov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Report"un məlumatına görə, sənəddə qeyd olunub ki, F.Əzizov dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

0