Mərkəzi Seçki Komissiyası tərəfindən 7 siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkidə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyanın bugünkü iclasında müzakirə olunub.
Bunlar Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası, Milli Cəbhə Partiyası, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası və Ağ Partiyasıdır.
Müzakirə çıxarılan partiyaların seçkidə səlahiyyətli nümayəndələri qeydə alınıb.