Daha bir deputat seçki dairəsini dəyişdi

SİYASƏT
10:01 / 23.07.2024
375

Milli Məclisin VI çağırış deputatı Soltan Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində yenidən iştirak edəcək.

Bu barədə Soltan Məmmədovun özü Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

O bu dəfə başqa dairədən namizədliyini irəli sürəcək:
 
"Ötən seçkilərdə mənə etimad göstərərək namizədliyimi dəstəkləyən, 5 il ərzində hər zaman güvənini, etimadını hiss etdiyim hər bir vətəndaşımıza dərin təşəkkürümü bildirirəm. Bu gün yeni bir dövrə qədəm qoyuruq. Yenə Xəzər rayonundan, lakin bu dəfə Mərdəkan, Şağan və Buzovna qəsəbələrini əhatə edən 12 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatlığına namizədliyim irəli sürüldü. Bu təşəbbüsü irəli sürənlərə, namizədliyimi dəstəklədiyini imzası ilə təsdiq edən bütün vətəndaşlara minnətdaram. İnanıram ki, növbədənkənar parlament seçkiləri ölkəmizin tarixində başlamış yeni mərhələnin ən mühüm siyasi hadisələrindən biri kimi yadda qalacaq”,-deyə o qeyd edib. 

Xatırladaq ki. Soltan Məmmədov VI çağırış Milli Məclisdə 14 saylı Xəzər seçki dairəsini təmsil edib.

0