Azərbaycanda daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
HİT.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: "Onların çoxu artıq təsdiq olunub, 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".
MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: "26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın çox səlahiyyətli nümayəndəsi qeydə alınıb".