Deputat olmaq istəyən yeni simalar - SİYAHI

SİYASƏT
18:53 / 25.07.2024
435

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq bir çox siyasi partiya nümayəndələri, ayrı-ayrı şəxslər namizədliklərini açıqlayıb. 

Seçkilər zamanı bir çox yeni sima da özlərini sınamaq qərarına gəlib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə namizəd olmaq istəyənlər arasındadır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevanın da namizəd olacağı gözlənilir.

0