Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı

SİYASƏT
18:00 / 29.07.2024
483

119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəliyini irəli sürən tanınmış politoloq ElxanŞahinoğluna “yox” deyilib.

HİT.az xəbər verir ki, bu barədə E.Şahinoğlunun özü bildirib:

“Namizədliyimi qeydə almadılar. Qanuna görə, imzalar 7 gün ərzində yoxlanılıb cavab verilməli idi. Yeddinci gün, iş gününün bitiminə 30 dəqiqə qalmış zəng edib qeydə alınmadığımı bildirdilər. 3 gün ərzində 500 imza toplamışdıq. Mənə inandıqlarına və dəstək verdiklərinə görə ağdamlılara təşəkkür edirəm!”, - deyə o bildirib.

Qeyd edək ki, 119 saylı Ağdam seçki dairəsindən bir neçə nəfər tanınmış şəxs deputatlığa namziədliyini irəli sürüb. Belə ki, Azərbaycan Ordusunun N saylı hərbi hissəsində polkovnik-leytenant rütbəsində xidmət edən məşhur zabit Ramil Səfərovun xanımı Şəbnəm Səfərova bu dairədən deputat olmaq istəyir.

VI çağırış Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də 119 saylı Ağdam seçki dairəsindən namizədliyini irəli sürüb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 119 saylı Ağdam seçki dairəsindən “Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədovun namizədliyini irəli sürüb.

0