Rektor səlahiyyətlərinin icrasını dayandırdı

SİYASƏT
12:46 / 09.08.2024
289

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

MilliYol.az unikal.az-a istinadən xəbər verir ki, rektor öz hesabına məzuniyyətə çıxıb.

Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir.

Qeyd edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.

0