4 diplomatımız deputat olmaq İSTƏYİR - SİYAHI

SİYASƏT
12:39 / 10.08.2024
344

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bir neçə diplomatımız da namizəd kimi iştirak edir.

Modern.az namizəd siyahısında 4 diplomatın adını müəyyənləşdirib.

Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Qeyd edək ki, Q.Məmmədov 4 sentyabr 1979-cu ildə anadan olub. 1999-cu ildən Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyət göstərir. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Digər bir diplomatımız Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğludur. Sabiq naziro 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizəd olub. Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olaraq fəaliyyət göstərib. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Deputat olmaq istəyən digər bir diplomatımız isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyevdir. O, 49 saylı Abşerom ikinci seçki dairəsindən namizəd olub. 1975-ci ildə andan olan Rizvan Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov da seçki yarışına qoşulub. O, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən namizəd olub. Qeyd edək ki, Zaur Şükürov 10 dekabr 1971-ci ildə anadan olub.

1