Naxçıvan Ali Məclisinin sonuncu parlament seçkilərində mandat qazanan 45 deputatından sadəcə ikisi sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Modern.az-ın məlumatına görə, 45 deputatdan 2-si vəfat edib, 41 deputatın isə namizədliyi irəli sürülməyib.
Namizədliyi irəli sürülən deputatlar Allahverdiyeva Həbibə və Məmmədov Nazimdir.
Namizədliyi irəli sürülməyən deputatlar arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov, oğlu Seymur Talıbov, hazırda sədr səlahiyyətlərini icra edən sədrin müavini Anar İbrahimov da var.
Ali Məclisin iki deputatı vəfat edib. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimli və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəyli dünyasını dəyişib.
Qeyd edək ki, Ali Məclisdə 45 deputet yeri uğrunda 187 nəfərin namizədliyi qeydə alınıb.