Putin: "Rusiya sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar"

SİYASƏT
13:31 / 19.08.2024
203

"Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin həllində tərəflər üçün vacib olduğu dərəcədə iştirak etməyə hazırdır".

APA  xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib."

"Mən bilirəm ki, Azərbaycan Ermənistanla bütün məsələlərin tam həllinə yönəlib. Rusiya sülhün imzalanması və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üçün nəsə edə bilsə, şad olar", deyə Rusiya prezidenti vurğulayıb

Putin Azərbaycana səfərindən sonra prezident İlham Əliyevlə danışıqların nəticələrini Erməsitanın baş naziri Nikol Paşinyana deyəcəyini vurğulayıb.

0