“Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyası seçki prosesinin təşkili üçün çoxlu işlər həyata keçirir. Namizədlərin irəli sürməsi, qeydiyyatı, təbliğat-təşviqat prosesini müşahidə edirik. Artıq təbliğatın son həftəsidir”.
Bu sözləri Hit.az-a siyasi şərhçi Mübariz Göyüşlü deyib.
O bildirib ki, ötən seçkilərdən fərqli olaraq bu il seçkiilər çox sakit mühit və atmosferdə aparılır.
Qeyd edək ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 125 dairə üzrə 991 namizəd mübarizə aparacaq.
Sevinc