"Xankəndi şəhərində yüngül sənaye müəssisələrinin yaradılmasında Özbəkistanın iştirakı əhəmiyyətlidir"

SİYASƏT
18:40 / 26.08.2024
371

“Işğaldan azad olunan ərazilərdə, Xankəndi şəhərində yüngün sənaye müəssisələrinin yaradılmasında Özbəkistanın iştirakı bir çox istiqamətlər üzrə əhəmiyyətlidir. Bunun rəmzi, mənəvi mənası olmaqla yanaşı, iqtisadi əhəmiyyəti də var". 

Bu sözləri Hit.az-a iqtisadçı ekspert Elşad Məmmədli deyib.

O deyib ki, Azərbaycan idxaldan asılı ölkədir. Yüngül sənaye məhsulları üzrə idxalın həcmi azalmalıdır. Yerli istehsalın reallaşması önəmlidir: 

“Yerli istehsalın inkişafı ixracın şaxələndirilməsinə səbəb olacaq. İxracın şaxələndirilməsi lazımdır. Bu istiqamətdə görülən işlər iqtisadiyyatımızı inkişafına şərait yaradacaq”.

Xatırladaq ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması barədə fikir bildirib. 

O qeyd edib ki, Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması xalqların qardaşlığı və dostluğunun daha bir rəmzidir:

“Biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən  bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”.

Sevinc

0