Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, indiyədək seçicilərin 33,82 faizi (2 milyon 172 min 87 nəfər) səsvermə hüququndan istifadə edib.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir.
16:02
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
"Report” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyə qədər seçicilərin 29,49 faizi (1 milyon 893 min 555 nəfər) səsvermə hüququndan istifadə edib. O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Parlament seçkiləri üçün seçki məntəqələri sentyabrın 1-i səhər saat 8:00-da açılıb. Səsvermə isə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Respublika üzrə ümumilikdə 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
12:29
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.
O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.
10:51
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.