Məlum olduğu kimi, Azərbaycanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, ilkin nəticələrə əsasən, millət vəkili seçkilərində ən çox səs toplayan 125 nəfərdən 28-i Milli Məclisdə ilk dəfə təmsil olunacaq. Onlardan 20-si kişi, 8-i isə qadındır.
İlk dəfə deputat seçilən 28 nəfərin siyahısı isə belədir:
10 saylı Binəqədi üçüncü Seçki Dairəsi — Musayev Elşad Nəbi oğlu (BAP)
13 saylı Xəzər ikinci Seçki Dairəsi — Paşayeva Gülşən Məmmədəli qızı (bitərəf)
14 saylı Xəzər-Pirallahı Seçki Dairəsi — Əfəndiyeva Günay Elçin qızı (bitərəf)
17 saylı Yasamal üçüncü Seçki Dairəsi — Qəhrəmanov Göydəniz İbrahim oğlu (bitərəf)
20 saylı Nərimanov ikinci Seçki Dairəsi — Vəliyev Samir Əhməd oğlu (YAP)
27 saylı Sabunçu ikinci Seçki Dairəsi — Əlizadə Arzuxan Baxşəli oğlu (AMİP)
29 saylı Sabunçu dördüncü Seçki Dairəsi — Allahverənov Azər Kərim oğlu (bitərəf)
31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu (bitərəf)
35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı (YAP)
44 saylı Sumqayıt üçüncü Seçki Dairəsi — Vəliyeva Mehriban Hidayət qızı (YAP)
45 saylı Sumqayıt dördüncü Seçki Dairəsi — Salmanova Səbinə Qədir qızı (bitərəf)
46 saylı Sumqayıt beşinci Seçki Dairəsi — Akimova Elnarə Şeydulla qızı (YAP)
47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsi — Şükürov Zaur Ramiz oğlu (bitərəf)
48 saylı Abşeron birinci Seçki Dairəsi — Məmmədova Nigar Fikrət qızı (YAP)
49 saylı Abşeron ikinci Seçki Dairəsi — Nəbiyev Rizvan Novruz oğlu (bitərəf)
50 saylı Abşeron üçüncü Seçki Dairəsi — Namazov Ramid Zakir oğlu (YAP)
51 saylı Şirvan Seçki Dairəsi — Əsədov Heydər Xanış oğlu (YAP)
56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi — Süleymanlı Mahir Tahir oğlu (YAP)
59 saylı Quba Seçki Dairəsi — Məhərrəmzadə Əlibala Səttar oğlu (YAP)
65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi — Ağamalı Günay Fəzail qızı (Ana Vətən Partiyası)
70 saylı Neftçala Seçki Dairəsi — Rüstəmxanlı Tənzilə Yolçu qızı (VHP)
77 saylı Lənkəran şəhər Seçki Dairəsi — İsmayılzadə Fariz Akif oğlu (bitərəf)
80 saylı Lerik-Astara Seçki Dairəsi — Qafarov Vasif Vaqif oğlu (bitərəf)
90 saylı Ağsu Seçki Dairəsi — Mirzəbəyli Elçin Əbdülrəhim oğlu (ƏHD)
96 saylı Goranboy-Naftalan Seçki Dairəsi — Bədəlov Bədəl Şamil oğlu (YAP)
112 saylı Zaqatala Seçki Dairəsi — Əsgərov Asif Yunis oğlu (YAP)
121 saylı Laçın Seçki Dairəsi — Muradov Rövşən Şahbaz oğlu (YAP)
123 saylı Kəlbəcər Seçki Dairəsi — Qasımlı Mircəlil Xəqani oğlu (bitərəf).
Bununla da parlamentin tərkibinin 35 faizi ilk dəfə deputat seçilən şəxslərlə yenilənmiş olub.
Daha öncəki xəbərimizdə ilk dəfə deputat kreslosuna oturacaq qadınların siyahısı və ictimai sferadakı işləri haqda məlumat yayımlamışdıq. İndi isə adı ilk dəfə seçiləcək deputatların ümumi siyahısında yer alan digər şəxslərin kimliyi haqda məlumatı təqdim edirik:
Elşad Musayev - Böyük Azərbaycan Partiyasının sədri, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq baş katibidir. Sonuncu Prezident seçkilərində də namizədliyi qeydə alınmışdı.
Göydəniz Qəhrəmanov turizm sahəsində tanınan adlardandır. Belə ki, o, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədridir.
Samir Vəliyev isə əvvəllər elm və təhsil nazirinin müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Sabiq deputat, Odlar Yurdu Universitetinin təsisçisi Əhməd Vəliyevin oğludur.
Arzuxan Əlizadə - Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. Müxtəlif illərdə ali təhsil ocaqlarında müəllimlik edib, Sabunçu Rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib.
Azər Allahverənov - Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədridir. Fəlsəfə üzrə fəlsəfə doktorudur və sosial və humanitar məsələlərlə əlaqədar elmi tədqiqatlarla məşğuldur.
Qaya Məmmədov Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən 2 il öncə geri çağırılıb. 2013-2017-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb. Prezident tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Xəzər Universiteti və ADA Universitetində xarici siyasət və diplomatiya məsələləri üzrə mühazirələr verib.
Zaur Şükürov da diplomatik fəaliyyəti ilə tanınır. Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəridir. Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.
Rizvan Nəbiyev da diplomatdır. O, Azərbaycanın Almaniyadakı Səfirliyində və Xarici İşlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. 2022-ci ildən Xarici İşlər Nazirliyində İdarə rəisi vəzifəsini tutub.
Ramid Namazov isə son olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviri vəzifəsində çalışıb.
Heydər Əsədovun son vəzifəsi isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olub. O, daha əvvəl kənd təsərrüfatı naziri və Hesablama Palatasının sədri kimi yüksək vəzifələrdə işləyib.
Mahir Süleymanlı Milli Məclis aparatının İcra Hakimiyyəti orqanları ilə Əlaqələr Şöbəsinin təhlil və analitika sektoru, böyük məsləhətçi vəzifəsini icra edib. Milli Məclisin II, III, IV, V çağırış deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun oğludur.
Əlibala Məhərrəmzadə sərbəst auditordur, həm də yazıçı kimi Azərbaycan və Ukrayna Yazıçılar Birliyinin üzvüdür. O, “Kaspian Audit Kompani” MMC-nin direktorudur.
Fariz İsmayılzadə ADA Universitetinin prorektoru (2006-cı ildən), İnkişaf və Diplomatiya İnstitutunun direktorudur (2022-ci ildən).
Vasif Qafarov isə AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisisi, tarix elmləri doktorudur. O, “Azərbaycanlılara qarşı soyqırımı: tarixi və konsepsiyası” elmi qrupuna rəhbərlik edib.
Elçin Mirzəbəyli - Əməkdar jurnalist, şair, siyasi ekspertdir. O, həm də Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavinidir. Bu partiyanın sədri Qüdrət Həsənquliyev də yenidən millət vəkili seçilib.
Bədəl Bədəlov isə SOCAR-ın sabiq vitse-prezidentlərindən biridir.
Asif Əsgərovun son iş yeri isə paytaxtın Nəsimi rayonunun icra başçısı postu olub. O, daha əvvəl Səbailin və Zaqatalanında icra başçısı, nazir müavini kimi vəzifələri tutub.
Rövşən Muradovun Milli Məclisdə daha əvvəl də iş təcrübəsi var. O, bundan öncə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Mircəlil Qasımlı isə “Bakı Məişət Maşınları” ASC-nin sədridir. “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudovun kürəkənidir. O, işğaldan azad olunmuş rayonlardan birində xüsusi nümayəndəlikdə çalışıb.
Bundan başqa, adları YAP-ın deputatlığa namizədlərinin siyahısına yenidən salınmış, əvvəllər deputatlıq təcrübəsi yaşamış Baş nazirin sabiq müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aran, Oğuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eyvaz Qurbanov və Əməkdar jurnalist Vüqar Rəhimzadə də parlamentə düşməyi bacarıb.