Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası 1 sentyabr parlament seçkiləri üzrə səsvermənin ilkin nəticələrini elan edib.
İlkin nəticələrə əsasən, VII çağırış Milli Məclisdə bir sıra tanınmış şəxslərin övladları da təmsil olunacaqlar.
Bizim.Media həmin şəxslərin siyahısını təqdim edir:
Günay Əfəndiyeva
14 saylı Xəzər-Pirallahı seçki dairəsindən seçicilərin 49,5 faiz səsini qazanan Günay Əfəndiyeva Xalq yazıçısı Elçinin qızıdır. Qeyd edək ki, Elçin Əfəndiyev uzun illər baş nazirin müavini olub.
Samir Vəliyev
20 saylı Nərimanov ikinci seçki dairəsində lider olan Samir Vəliyev tanınmış iş adamı Əhməd Vəliyevin oğludur. Əhməd Vəliyev “Muğanbank” “Oksigen” kilinikası, “Odlar Yurdu” Universitetinin və digər iri şirkətlərin sahibidir. Bundan əlavə, Əhməd Vəliyev III və IV çağırış Milli Məclisin deputatı olub.
Mahir Süleymanlı
56 saylı Şabran-Xaçmaz seçki dairəsində lider olan Mahir Süleymanlı sabiq deputat Tahir Süleymanlının oğludur. Tahir Süleymanlı II, III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, hazırda YAP Ağsaqqallar Şurasının sədr müavinidir.
Günay Ağamalı
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən seçicilərin 50 faizinin səsini qazanan Günay Ağamalı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızıdır. Xatırladaq ki, Fəzail Ağamalı I, II, III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.