İşğaldan azad edilən ərazilərdə seçici fəallığı...

SİYASƏT
19:00 / 02.09.2024
194

“Seçici fəallığı işğaldan azad edilən bütün bölgələrdə müşahidə edilib. İstər Xankəndi, istər Şuşa və ya digər işğaldan azad edilən bölgələrdə müşahidə edilən seçici aktivliyi o ərazilərin canlanması, yenidən nəfəs alması deməkdir. Bu fakt onu göstərir ki, azərbaycanlılar artıq öz yurdlarına, elinə qayıdıb, dövlət üçün əhəmiyyətli proseslərdə iştirak edirlər”. 

Bu sözləri Hit.az-a siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O bildirib ki, növbədənkənar parlament seçkilərində işğaldan azad edilən ərazilərdə seçicilərin böyük həvəslə öz namizədini seçmə istəyi sevindiricidir. Bu  seçkilər işğaldan azad edilmiş torpaqlarımızda daha yadda qalan oldu. 

Sevinc


 

0