Livandakı səfirliyə təxliyə ilə bağlı heç bir azərbaycanlı müraciət etməyib - XİN

SİYASƏT
11:48 / 21.09.2024
282

Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığı verilib.

"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib.

0