Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü və 27 sentyabr - Anım Günü münasibətilə bəyanat yayıb.
HİT.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat dərc olunub.
Məlumatda nazirliyin sözçüsü Zeki Aktürk Türkiyə ilə Azərbaycanın iki dövlət, bir millət olduğunu diqqətə çatdırıb.
"İki dövlət, bir millət" anlayışı ilə bir və bərabər olduğumuz azərbaycanlı qardaşlarımızın 20 Sentyabr - Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan Ordusunun işğal altındakı öz torpaqlarını azad etmək məqsədilə başlatdığı və 44 gün davam edən Vətən müharibəsinin dördüncü ildönümü, eləcə də 27 Sentyabr - Şəhidləri Anma Günü münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət və minnətlə, qəhrəman qazilərimizi şükran və hörmətlə yad edirik", - o qeyd edib.