Sabir Kamal oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.
HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sabir Hacıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, 1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olan Sabir Hacıyevin bu gün 70 yaşı tamam olur. O, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.