XİN: Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı müraciət olmayıb

SİYASƏT
09:57 / 08.10.2024
234

Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı rəsmi Bakının diplomatik nümayəndəliyinə müraciət olmayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.

0