ABŞ-nin ölkəmizə qarşı qərəzinin səbəbi nədir? - RƏY

SİYASƏT
10:40 / 09.10.2024
397

"Son zamanlarda ABŞ-nin Azərbaycana qarşı münasibətində qeyri-obyektiv və qərəzli yanaşmaların şahidi oluruq".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bunlar ABŞ rəsmilərinin bəyanatlarında özünü göstərir:

"Həmçinin, bu yanaşmanı bəzi ABŞ konqresmenlərinin müraciətində də gördük. Bundan başqa, rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh prosesilə bağlı mövqeyi də qərəzlidir. Təbii ki, bu yanaşmaların heç biri düzgün deyil".

359783

Həmsöhbətimiz ABŞ-nin ölkəmizə qarşı qərəzinin səbəblərindən də söz açıb:

"İlk səbəb ABŞ-nin Rusiya ilə bu bölgədə apardığı rəqabətlə bağlıdır. Yəni Vaşinqton Moskva ilə kəskin rəqabət içərisində olduğu üçün bu bölgədə Rusiyanın siyasətinə anlayışla yanaşan Azərbaycanı gözləri götürmür. Həmçinin, erməni lobbisi və diasporunun ABŞ siyasətinə təsirini açıq şəkildə özünü göstərir. 

Xüsusilə də ABŞ-nin Cənubi Qafqaz siyasətində erməni lobbisinin təsiri var. Üstəlik, ABŞ-nin bölgə ilə bağlı maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Bundan başqa, Vaşinqtonun mövqeyi Bakının apardığı müstəqil xarici siyasətlə də uzlaşmır".

Aydın Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın milli-siyasi inkişaf modeli, regional siyasəti və ölkəmizin qlobal məsələlərə müstəqil yanaşması ABŞ-nin xoşuna gəlmir:

"Ona görə də rəsmi Bakının bu davranışlarına əks mövqe sərgiləyirlər. Bütün bunlar isə ABŞ-nin Azərbaycana münasibətinə öz təsirlərini göstərir. Nəticədə, bu gün ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxılma ərəfəsinə gəlib çatıb. 

Azərbaycanın deputatlarının etdiyi çağırış ölkəmizin ABŞ-yə ilkin reaksiyası kimi qiymətləndirilə bilər. Əgər münasibətlərin düzəlməsi istiqamətində ABŞ-nin siyasətində Azərbaycanı qane edən dəyişiklik olmasa, bundan sonrakı mərhələdə daha kəskin addımların şahidi ola bilərik".

Pərviz

0